Putinlə Salmanın səmimi salamlaşması ilə bağlı rəsmi - Açıqlama
Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın noyabrın 30-da Argentinanın Buenos-Ayres şəhərində keçirilən G20 sammitində səmimi salamlaşması müzakirələrə səbəb olub.
"Qafqazinfo” xəbər verir ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən salamlaşma ilə bağlı açıqlama yayıb.
O, Putinin Salmanla görüşməsini iki ölkə arasında mehriban dostluq əlaqələrinin təcəssümü kimi qiymətləndirərək Rusiya dövlət başçısının daha əvvəl heç bir liderlə belə salamlaşmadığını ifadə edib
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər