Xəbər lenti

Musa Qurbanlı yenidən
İdman 20:28 14.06.2024

Musa Qurbanlı yenidən "Qarabağ"da

"Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.


Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.


Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb.


İsveçin "Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.


Qeyd edək ki, Qurbanlı peşəkar karyerasına "Qarabağ”da başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->