“Barselona”nın yeni ulduzu. Onun adı Mayssa Bahadır. 2011-ci il təvəllüdlü mərakeşli hücumçu Liga F-də “Loqronyo”ya qarşı 2:0 hesablı qələbə ilə başa çatan matçda qol vurub.
Qaynarinfo xəbər verir ki, bu, tarixə düşən qol olub. Baha 15 yaş, 8 ay və 10 günlük olarkən “Barselona” tarixinin ən gənc qol vuran futbolçusu olub və Viki Lopesin rekordunu geridə qoyub.
Bu qol onun əsas komandadakı üçüncü oyununda vurulub. Baha əsas komandada debütünü 30 avqust 2026-cı ildə “Tenerife”yə qarşı keçirib. Həmin vaxt onun 15 yaş, 7 ay və 14 günü var idi.
Futbolçu ailəsi
Malaqada dünyaya gələn Mayssa idmana, xüsusilə futbola bağlı bir ailədə böyüyüb. 1981-ci il təvəllüdlü atası Nabil Baha Mərakeş, İspaniya, Portuqaliya və Yunanıstanda çıxış edib. 2009-cu il təvəllüdlü böyük qardaşı Ziyad isə “Marsel”in U-19 komandasının mərkəz hücumçusudur.
Nabil Andalusiya mərkəzli “Diario Sur” idman saytına deyib: “O, qardaşı ilə küçədə futbol oynayaraq böyüyüb. Mən onun tennis oynamasını istəyirdim, çünki bu idman növündə çox yaxşı idi. Təhsilini davam etdirərkən “FUS Rabat”da məşqlərə getməyə başladı.”
O əlavə edib: “12-13 yaşında olarkən artıq 15-16 yaşlı qızlarla oynayırdı, heç vaxt öz yaşıdları ilə oynamırdı. Həmişə oğlanlarla futbol oynayıb, çünki 2014-cü ildə biz gələndə qızlar üçün aşağı yaş qrupları yox idi.”
İspaniya ilə gələcək?
13 yaşında “La Masia”ya qoşulan Baha qısa müddətdə klubun strukturunda yüksəlib. O, C komandadan B komandaya keçib və daha sonra əsas komandada debüt edib.
Beynəlxalq səviyyədə isə Baha hələ 12 yaşında Mərakeşin U-17 millisində forma geyinərək bu yaşda debüt edən ən gənc futbolçu olub.
Bundan başqa, son U-17 dünya çempionatında 14 yaşında turnirin ən gənc futbolçusu olub.
Onun milli komandadakı gələcəyi isə hələ müəyyənləşməyib. Hazırda Afrika ölkəsinin milli komandasında çıxış edən Baha gələcəkdə İspaniya A millisinin formasını seçə bilər.
Aydın
Şərhlər