XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İcra başçısı təyin edilən Hacıbaba Babayev kimdir?
Ölkə19:00 28.09.2026

İcra başçısı təyin edilən Hacıbaba Babayev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, Hacıbaba Babayev 5 iyul 2022-ci ildən yeni təyinatınadək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Hacıbaba Adil oğlu Babayev 1 yanvar 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.

O, 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində çalışıb. 26 yanvar 2022-ci ilədək həmin şöbədə baş məsləhətçi vəzifəsini tutub və 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Hacıbaba Babayev Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Beləliklə, Hacıbaba Babayev uzun illər Binəqədi Rayon İcra Hakimiyyəti sistemində müxtəlif vəzifələrdə çalışdıqdan sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.