Xəbər lenti

Azərbaycandan Avropaya viza müraciətlərinin çoxalmasının səbəbi nədir? (VİDEO)
Ölkə 22:45 14.06.2024

Azərbaycandan Avropaya viza müraciətlərinin çoxalmasının səbəbi nədir? (VİDEO)

Xaricə getmək üçün viza almaq istəyən Azərbaycan vətəndaşları çətinliklə üzləşirlər.


Viza müraciəti prosedur qaydalarına əsasən, sənədlərini toplayan vətəndaş səfirlikdən görüş üçün növbə götürməli və həmin vaxtda səfirlikdə olmalıdır.


Artıq iki aydır ki, bütün səfirliklərdə görüş üçün növbə tapılmır. Bildirilir ki, müraciətlər həddindən çox olduğundan yerlər dolub.


Avropaya tələbatın artmasının əsas əsbəbi isə azərbaycanlıların istirahət üçün ən çox üz tutduğu ölkə olan Türkiyədə qiymətlərin bahalaşmasıdır.


Ekspertlər deyir ki, əvvəllər Türkiyənin bəzi hotellərində bir həftəlik turpaketin qiyməti 3000 manat idisə, indi 4000 manata qədər artım var.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

 

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->