XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İcarəyə götürdüyü skuteri oğurladı, GPS-i sıradan çıxardı, 18 manata satdı
Ölkə22:21 08.09.2026

İcarəyə götürdüyü skuteri oğurladı, GPS-i sıradan çıxardı, 18 manata satdı

Bakıda icarəyə götürdüyü skuteri metal qəbulu məntəqəsinə 18 manata satan şəxsə hökm oxundu

Bakıda icarəyə verilən skuteri oğurlayaraq metal qəbulu məntəqəsinə 18 manata satan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, şirkətlərdən birinə məxsus skuter Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 23P ünvanının yaxınlığında yoxa çıxıb.

Aparılan araşdırma zamanı məlum olub ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş F.G. adlı şəxs azyaşlı oğlu ilə yaşadığı məhəllədə gəzərkən yolun kənarında şirkətə məxsus skuteri oğurlayıb.

O, oğurladığı skuteri evinə apararaq GPS sistemini sıradan çıxarıb. Lakin skuteri əvvəlki vəziyyətinə gətirdikdə işləmədiyini görüb və onu metal qəbulu məntəqəsinə 18 manata satıb.

F.G. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə saxlanıldığı 2 gün çıxılmaqla, ona 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

F.G. cəza çəkdiyi müddətdə elektron qolbaqdan istifadə edəcək.

Aydın