Xəbər verdiyimiz kimi, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, əyləncə qurğusunun trosunun qırılması nəticəsində ölən Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər