Xəbər lenti

Şəkidə istirahət mərkəzində 2 nəfərin ölümü ilə bağlı araşdırma başladıldı
Ölkə22:00 08.09.2026

Şəkidə istirahət mərkəzində 2 nəfərin ölümü ilə bağlı araşdırma başladıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.

Qaynarinfo xəbər verir ki, faktla bağlı araşdırma Şəki rayon prokurorluğunda aparılır.

Qeyd edək ki, sentyabrın 8-də günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırıldığı, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirdiyi bildirilib.

Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilib.