“Həyatda ana ilə balanın da arasını vurmaq istəyənlər var. Biz belə şeylərə fikir vermirik. Çünki ikimiz də müəyyən yaşdayıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva Əməkdar artist Nahidə Orucovanın “Çox adam olub ki, Naibə Allahverdiyeva ilə aramı vurmaq istəyib” fikrinə münasibət bildirərkən deyib.
Aktrisa sənət yoldaşı ilə küsülü olmadığını xatırladıb:
“Artıq elə bir yaşdayıq ki, hər anımız, günümüz hesablanır. İnsanlar nə qədər mehriban olsa, o qədər yaxşı olar. Bizə qalan həmin günlərin xoş xatirələri olacaq. Bilmək olmur ki, bir saatdan sonra başına nələr gələcək. Bunu artıq mən anlayıram”.
Naibə Allahverdiyeva bütün insanları dünyanın gözəlliklərindən zövq almağa səsləyib:
“Həyatın gözəllikləri mənim üçün yalnız xoş münasibətlərdir”.
Bahar Rüstəmli
Şərhlər