XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

70 ildir məskunlaşdıqları ev əlindən alınır (VİDEO)
Ölkə22:42 08.09.2026

70 ildir məskunlaşdıqları ev əlindən alınır (VİDEO)

Mülkiyyətçisi olduğu evinin məhkəmə hakimi tərəfindən zorla əlindən alındığı iddia olunur.

Bu şikayətlə Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 27 ünvanında yaşayan Riyad Kərimov XəzərXəbərə müraciət edib

O, bildirir ki, 70 ildən artıq atasının və özünün məskunlaşdığı evə 2011-ci ildə rəsmi qaydada çıxarış əldə edib. O, çıxarışı əldə edən zaman məlum olub ki, ev 1998-ci ildə Xumar Mərdanovaya bağışlanılıb. Şikayətçi bildirir ki, evinin ondan əlavə digər şəxsə bağışlanılmasından məlumatsız olub. Məsələnin həll olunması ilə bağlı məhkəmə həyata keçirilsə də, Xumar Mərdanova prosesdə iştirak etməyib və evə dair iddiası olmadığını bildirib.

Şikayətçi Riyad Kərimov bildirir ki, İsmayıl bəy Qutqaşınlı 27 ünvanında yerləşən ev yeni bina tikintisi məqsədilə plana düşüb. Elə bundan sonra da Xumar Mərdanova 2023-cü ildən evi əldə etmək üçün iddia qaldırıb.

Riyad Kərimov bildirir ki, qısa müddət ərzində onlara evdən çıxmalı olduqları bildirilib.

Qaynarinfo Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.