XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
Ölkə23:06 08.09.2026

Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar

Mina problemindən zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə əlaqədar olaraq imzalanıb.

Sənədə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.