Qadağalara baxmayaraq Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

Qadağalara baxmayaraq Azərbaycan Rusiyaya pomidor ixracını artırıb

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycandan pomidor idxalına qadağa qoymasına baxmayaraq ixrac həcmi 2019-cu illə müqayisədə nisbətən çox olub.

Qaynarinfo-nun məlumatına görə, bu məhsul növü üzrə ixracın 95,9 faizi Rusiyanın payına düşüb.

Belə ki, Azərbaycan 2020-ci il ərzində xaricə 187 539,4 ton tomat (pomidor məhsulu) ixrac edib və ixrac edilən məhsulun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub.

Ötən il Azərbaycandan Rusiyaya qadağalara baxmayaraq 179 884,7 ton həcmində təzə və soyudulmuş pomidor ixrac edilib və məhsulun ümumi dəyəri 197 milyon 414,1 min dolları təşkil edib.

Qeyd edək ki, ixrac həcmi əvvəlki illə müqayisədə 4,1 faiz, ixrac dəyəri isə 4,7 faiz çox olub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR