Xəbər lenti

“Qalatasaray” 21 il aradan sonra səfərdə “Fənərbaxça”ya qalib gəldi
İdman 22:30 23.02.2020

“Qalatasaray” 21 il aradan sonra səfərdə “Fənərbaxça”ya qalib gəldi

Türkiyə Super Liqasında XXIII turun oyunları davam edir.

Qaynarinfo-nun məlumatına görə, bu gün turun daha üç oyunu keçirilib. 

Bütün diqqətlər isə İstanbul derbisinə, əzəli rəqib olan "Fənərbaxça" - "Qalatasaray" qarşılaşmasına yönəlib. "Fənərbaxça” ilk yarının ortalarında penaltidən hesabı açıb. Fatih Terimin yetirmələri 40-cı dəqiqədə tarazlığı bərpa edib. 

Final fitinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, "sarı-qırmızılar”ı hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni isə onun komanda yoldaşı Anri Onyekuri qoyub (90+5) – 3:1. 

Bu qələbə "Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. "Cim-Bom” həm də "Fənərbaxça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub. Sonuncu dəfə səfərdə 1999-cu il dekabrın 22-də "Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXIII tur
23 fevral
"Gənclərbirliyi” – "Ankaragücü” – 1:0
Sio, 74
"Yeni Malatyaspor” – "Antalyaspor” – 1:2
Bulut, 29 – Kulembe, 8, Podolski, 89
"Fənərbaxça” – "Qalatasaray” – 1:3
Kruze, 21 (pen.) – Donk, 40, Falkao, 80 (pen.), Onyekuri, 90+5

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->