"Qalatasaray"da yenidən Fatih Terim dönəmi başlayır.
Fanat.Az-ın məlumatına görə, "İmperator" ləqəbli mütəxəssis İstanbul klubu ilə yeni müqavilə imalamağa hazırlaşır.
Rəsmi anlaşmanın sabah axşam saatlarında imzalanacağı, ən geci çərşənbə axşamı ictimaiyyətə açıqlanacağı deyilir.
Qeyd edək ki, Fatih Terimin klubla müqaviləsi 202/21 mövsümünün sonunda bitib. Keçmiş rəhbərliklə münasibətləri pis olan mütəxəssis mövsüm başa çatan kimi komandanı tərk edib.
Dünən "Qalatasaray"ın 38-ci prezidenti seçilən Burak Elmas namizədliyini irəli sürərkən Fatih Terimlə işləyəcəyini demişdi.
Seçkidən sonra brifinq keçirən yeni prezident jurnalistlərin bununla bağlı sualına cavabında "Verdiyimiz sözlərin hamısını bilirik və hər şeyi həyata keçirəcəyik. "Qalatasaray" bizim ailəmizdi. Ailəmizə söz vermişik" deyib.
Fatih Terim indiyədək 4 dəfə (1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021) "Qalatasaray"a başçılıq edib. Bu müddətdə mütəxəssis ümumilikdə 20 kubok qazanıb.
Şərhlər