Futbol üzrə Braziliya yığma komandasından imtina edərək İspaniyanı seçən “Atletiko”nun forvardı Dieqo Kosta milliyə ilk dəvətini alıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Visente Del Boske Qvineya və Cənubi Afrika milliləri ilə keçirəcəyi hazırlıq matçında 25 yaşlı futbolçuya da şans vermək istəyir.
Qeyd edək ki, İspaniya millisinin hücum xətti üçün Alvaro Neqredo (“Mançester Siti”), Pedro (“Barselona”), Dieqo Kosta (“Atletiko”) və Xuan Mataya (“Çelsi”) dəvət göndərilib.
Qaynar.info
Şərhlər