Braziliyalı və amerikalı alimlərin eynək üçün hazırladığı biosensor istifadəçinin göz yaşları vasitəsilə qanında qlükozanın səviyyəsini ölçə biləcək.
Qaynarinfo "ictnews"a istinadən xəbər verir ki, qurğu şəkər xəstəliyindən əziyyət çəkən insanlarda qlükozanın səviyyəsinə nəzarət etməyə kömək edəcək. Bu xəstəlikdən ABŞ-da 62 milyon və dünyada 380 milyon nəfər əziyyət çəkir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son onillikdə aşağı və orta gəlirli ölkələrdə şəkər xəstəliyinin geniş yayılması müşahidə olunur. 2035-ci ilədək sözügedən xəstəlikdən əziyyət çəkənlərin sayı 580 milyon nəfərə yaxınlaşa bilər.
Bu xəstəlikdən əziyyət çəkən bir çox insan yığcam qlükoza sayğacından istifadə edir ki, bu da barmağın deşilməsini nəzərdə tutur. Bu proses gün ərzində bir neçə dəfə təkrarlana bilər ki, bu da ağrılıdır və kiçik yoluxma riski daşıyır.
Eynəyə quraşdırılmış yeni biosensor istifadəçinin göz yaşlarında qlükoza molekullarını müəyyənləşdirə, həmçinin qanda şəkər, vitamin və alkoqolun səviyyəsini ölçə bilər.
Şərhlər