Ölkə 12:13 11.06.2021

“Qanun” nəşrlər evinin həyətində su fontan vurdu (FOTO)

"Qanun” nəşrlər evinin həyətini su basıb.

Qaynarinfo xəbər verir ki, bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduğolu məlumat verib. Onun sözlərinə görə, buna səbəb nəşriyyatın həyətindən keçən su borusunun partlamasıdır:

"Su fontan vurur. "Azərsu” çağırışlara məhəl vermir. Keçən il paz vurdular. O da belə”.

"Azərsu” ASC-in mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaranan problem yaxın saatlarda aradan qaldırılacaq:

"Qəza baş verib. Problem aradan qaldırılacaq”.

Bahar Rüstəmli