Xəbər lenti

Qanunsuz heyvan ovuna edam cəzası
Dünya 19:25 17.05.2018

Qanunsuz heyvan ovuna edam cəzası

Keniyada qeyri-qanuni ovla məşğul olan şəxsləri ömürlük həbs və ya böyük məbləğdə pul cəzası gözləyirdi. 

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, artıq icazəsiz ov edənlər edama məhkum ediləcək. Keniya Təbiəti Mühafizə və Turizm naziri Nacib Balala bildirib ki, ömürlük həbs və 200 min dollar məbləğindəki cəza ilə istənilən nəticə əldə edilmədiyini vurğulayıb. Lakin son 5 ildə qeyri-qanuni gərgədan ovu 85%, fil ovu isə 78% azalıb. 

Qərar edam cəzasının Keniyada tam ləğvinə mane olduğu üçün bəzi təşkilatlar tərəfindən etirazla qarşılanır. 

Qeyd edək ki, qanun layihəsi hələ qüvvəyə minməyib, lakin tezliklə təsdiqi gözlənilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->