Xəbər lenti

Foto 13:07 25.02.2021

Qanunsuz yolla Suqovuşana getmək istəyənlər saxlanıldı (FOTO)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aparılan araşdırma zamanı onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?