İngiltərənin "Qisboro Toun" və "Neyton Aykliffe" klublarının qarşılaşmasında maraqlı anlar yaşanıb.
Qaynarinfo xəbər verir ki, "Qisboro Toun"un qapıçısı Cordan Nikson 90+4-cü dəqiqədə rəqib komandanın qapısına qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib.
Belə ki, oyunun sonlarına doğru 2:3 hesabı ilə məğlub olan "Qisboro Toun"nun qapıçısı topu sinəsi ilə qəbul edərək, qapıya göndərib.
Matçdan olan həmin kadrları sizə təqdim edirik:
Şərhlər