Xəbər lenti

17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü (VİDEO)
Ölkə05:30 13.05.2024

17 yaşlı qızın xəstəxanada müəmmalı ölümü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
Qaynarinfo-nun Xəzər TV-yə istinadən məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı həyatını itirib.
Ü.Quliyev qızı xəstəxanada olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib.