Xəbər lenti

Texnologiya 22:25 20.07.2018

"Qara siyahı"ya düşən "WhatsApp", "Facebook" və "Telegram"...

Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub.

Qaynarinfo AZƏRTAC-a istinadən bildirir ki, əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->