"Dağlıq Qarabağa tam nəzarəti əldə etsək belə, bu o demək deyil ki, Ermənistanla saziş imzalanmasını sürətləndirə bilərik. Nifaq uzun illər qalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, əsas uzun illərdən bəri işğal altında olan torpaqlarımızı geri almaq və ona tam nəzarət etməkdir:
"Ondan sonra səhədi möhkəmləndirməliyik. Bəli, sərhəddə problemlər yenə də olacaq. Amma daha Dağlıq Qarabağdakı kimi olmayacaq. Ciddi toqquşmaların olacağını zənn etmirəm, çünki özlərinə problem yaradacaqlar. Daha şəhərlərimizə, kəndlərimizə raket atmayacaqlar”.
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Qarabağı azad edəndən sonra Ermənistanı sülh imzalamağa məcbur etməlidir:
"Bu, elə bir saziş olmalıdır ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər də öz imzalarını qoysun. Ondan sonra Ermənistan yenə də sərhəd pozuntusu edə bilər. Amma ciddi həmlələr edəcəyi artıq sual doğuracaq. Hesab etmirəm ki, müharibədən sonra onlar bizə çox böyük problemlər yarada bilərlər”.
Bahar Rüstəmli
Şərhlər