İdman 19:16 27.10.2019

“Qarabağ” azarkeşləri Avropada 4-cü oldu

Bu həftə "Qarabağ"ın APOEL-lə matçı Avropa Liqasının qrup mərhələsinin III mərhələsinin 24 oyunu arasında ən çox azarkeş toplayan 4-cü qarşılaşma olub.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Oyunu 30 min 824 azarkeş stadiondan canlı izləyib. Klub buna görə azarkeşlərinə təşəkkür edib