İdman 10:54 25.11.2021

"Qarabağ" bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq

UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" bu gün növbəti matçını keçirəcək.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası Kipr "Omoniya"sını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü danimarkalı hakimlər briqadası idarə edəcək.

Artıq növbəti mərhələyə vəsiqə qazanmış Ağdam klubu bu gün qələbə qazanacağı təqdirdə qrup liderliyini də təmin edə bilər. Bunun üçün "Kayrat" evdə "Bazel"ə uduzmamalıdır.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr)

Hakimlər: Morten Krox, Nils Höq, Şteffen Bramsen, Yorgen Burxardt (hamısı Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1
 
Səbuhi Həsənov