Foto 12:32 09.06.2021

"Qarabağ" daha 2 futbolçusu ilə bağlı qərar verdi (FOTOLAR)

"Qarabağ” futbolçuları Abbas Hüseynov və Rahil Məmmədovun müqavilə müddətini uzadıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər iki illik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, Abbas Hüseynov "Qarabağ"a 2017-ci ildə "Keşlə"dən transfer olunub. 25 yaşlı sağ cinah müdafiəçisi son mövsümdə 28 oyuna çıxaraq iki qol ötürməsi verib.

25 yaşlı Rahil Məmmədov isə "Qarabağ"a 2018-ci ildə "Səbail"dən keçib. Sağ cinah müdafiəçisi 2020/21 mövsümündə 15 oyunda forma geyinib və bir qol vurub.