"Qarabağ" ilk qolu buraxdı, yenə qalib gəldi (VİDEO)

Bu gün Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, lider "Qarabağ" "Sevilya" ilə Avroliqa oyunundan sonra "Zirə"nin qonağı olub. Oyunda 4 qol vurulub və "Qarabağ" 3:1 hesablı qələbə qazanıb.

Hesabı 12-ci dəqiqədə Maqaye Qeye açıb. 41-ci dəqiqədə Xayme Romero fərqi artırıb. 3 dəqiqə sonra "Qarabağ" Anastasios Papazoqlunun avtoqoluna sevinib. 88-ci dəqiqədə isə Xulio Sezar Rodrigez "Zirə"nin  təsəlli qolunu vurub. Bu "Qarabağ"ın cari mövsümdə qapısında gördüyü ilk qol olub.

"Qarabağ" bu qələbə ilə xallarını 15-ə çatdıraraq, ən yaxın izləyicisi "Səbail"i 5 xal geridə qoyub. "Zirə" isə 7 xalla 4-cü pillədə qərarlaşıb.

Bu komandalar arasında 17-ci qarşılaşma olub. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 13 dəfə uduzub və cəmi 4 heç-heçə edib. Topların nisbəti isə 7:36-dı.

Qeyd edək ki, turun ilk 3 oyununda "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə yendiyi halda, "Səbail" "Qəbələ" ilə 1:1, "Neftçi" "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib.
 
Premyer Liqa
2019/20 mövsümü
I dövrə, V tur

23 sentyabr
Zirə - Qarabağ 1:3
Qollar: Xulio Sezar Rodrigez, 88 - Maqaye Qeye, 12. Xayme Romero, 41. Anastasios Papazoqlu, 44 (avtoqol).
Zirə İdman Kompleksinin stadionu.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

5

5

0

0

13:1

15

2

Səbail

5

3

1

1

7:6

10

3

Keşlə

5

2

1

2

6:3

7

4

Zirə

5

2

1

2

5:6

7

5

Sumqayıt

5

2

0

3

5:7

6

6

Neftçi

5

1

2

2

3:5

5

7

Qəbələ

5

1

1

3

2:10

4

8

Sabah

5

0

2

3

2:5

2

Bombardirlər

İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt), Lorenzo Frutos (Keşlə)Mirabdulla Abbasov (Səbail) - 3. 


XƏBƏRLƏR
BLOGLAR