İdman 23:50 05.11.2019

“Qarabağ” Kiprə yola düşdü

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-lə keçirəcəkləri oyun üçün bu gün Kiprin Larnaka şəhərinə yola düşüb.

Qaynarinfo xəbər verir ki, komanda səfərə çarter reysi ilə yola düşüb. Bu zaman təyyarənin bütün oturacaqları üzərinə "Qarabağ"ın loqosunun yapışdırılması diqqət çəkib.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.