Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti ağırdır.
Oxu.Az-ın məlumatına görə, qazi 11 gündür komadadır.
Qoşqar Hacıyevin qardaşı İlqar Hacıyev bildirib ki, qazinin başında olan stend dəyişdirilməlidir:
"Stend dəyişmədikcə həyatı təhlükədədir. Təcili müdaxilə olmasa, qardaşım həyatını itirəcək”.
Qardaşı kömək etmək istəyənlər üçün əlaqə nömrəsini də paylaşıb: +99451-636-62-68
Şərhlər