UEFA Çempionlar Liqasının qrup mərhələsindəki son matçında "Roma” ilə qarşılaşacaq Ağdamın "Qarabağ” futbol klubu İtaliyaya yola düşüb.
Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, ağdamlılar bu gün saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan matçın keçiriləcəyi Romaya uçublar.
Komandanı səfərə "Qarabağ” təyyarəsi aparıb.
Qeyd edək ki, "Roma” – "Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.
Şərhlər