İdman 22:25 14.01.2022

"Qarabağ" Rumıniya klubu ilə qolsuz heç-heçə etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası ilk yoxlama matçına çıxıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri Rumıniya "Qaz Metan"ı ilə görüşüb.

Ağdam təmsilçisi birinci və ikinci hissədə tam fərqli "11-lik"lə meydana çıxıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

"Qarabağ" növbəti matçını yanvarın 21-də Polşa klubu "Şlyonsk"a (Vrotslav) qarşı keçirəcək.