Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ” – "Kayrat” oyununa bütün biletlər satılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Manset.az-a Ağdam klubunun mətbuat katibi Gündüz Abbaszadə bildirib. O, açıqlamasında qeyd edib ki, oyuna maraq boyük olduğundan əlavə biletlər satışa çıxarılıb.
"Qeyd edim ki, 28-ci sektor üçün nəzərdə tutulan biletlər qonaq komanda üçün nəzərdə tutulmuşdu, ancaq indiyə kimi qonaq komandadan bizə bununla bağlı müraciət olmadığından və UEFA-nın da razılığı ilə qazaxıstanlı azarkeşlər üçün ayrılan biletlər bu dəqiqədən etibarən "Qarabağ” azarkeşləri üçün satışa çıxarılır. Azarkeşlər biletləri kassalardan əldə edə bilərlər”.
Qeyd edək ki, bu sektor üçün bir biletin qiyməti 3 manat təşkil edir və cəmi sayı 214 ədəddir.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər (15 minə yaxın) azarkeş tribunalara buraxılacaq.
Şərhlər