Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL

Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL

Qarabağ separatçıları Avropa ölkələrindən silah almaqda davam edir. 

Modern.az xəbər verir ki, işğal altındakı Azərbaycan torpaqlarında erməni separatçılarının keçirdiyi silah təlimlərinin görünütüləri yayımlanıb.

Görüntülərdə düşmən əsgərinin Almaniya istehsalı  Heckler – Koch HK G28 snayper tüfəngini sınaqdan çıxardığı görünür. 

Qeyd edək ki, Heckler – Koch HK G28 snayper tüfəngi Əfqanıstanda xidmət edən alman kontingenti üçün hazırlanıb. 400 metrə hədəfi dəqiqliklə bura bilən tüfəng ən müasir silahlardan sayılır.

Ehtimal olunur ki, Ermənistan Almaniyadan 100-ə yaxın Heckler – Koch HK G28 snayper tüfəngi alıb və onların bir qismini Qarabağdakı birləşmələrə ötürüb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR