İdman 18:31 26.07.2021

"Qarabağ" serbiyalı legionerlə vidalaşdı

"Qarabağ” daha bir futbolçusu ilə vidalaşıb.

Qaynarinfo klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Uroş Matiçlə yollar ayrılıb. Serbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub buna qədər Mahir Emreli və Rauf Hüseynli ilə də yolları ayırıb. Emreli Polşa təmsilçisi "Legiya"ya transfer olunubsa, Hüseynli "Zirə"yə icarəyə verilib. 

Səbuhi Həsənov