Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
Çempionlar Liqasınlğın III təsnifat mərhələsində mübarizə aparacaq APOEL - "Qarabağ” cütünün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün güclüsü ilə qarşılaşacaq.
APOEL - "Qarabağ” cütünün məğlubu isə Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Burda rəqib "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi olacaq.
Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Neftçi” isə İsrail təmsilçisi "Bney Yehuda”nı keçəcəyi halda, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
Şərhlər