"Qarabağ" "Visla"ya uduzdu

"Qarabağ" bu gün ikinci, Antalya toplanışı çərçivəsində isə sonuncu yoxlama matçına çıxıb.

Qaynarinfo qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu "Visla" (Polşa)  ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarını Mahir Emreli (18-pen.) və Xaymer Romero (52) vurub.

Qeyd edək ki, "Qarabağ" günün ilk sınaq matçında Çexiya təmsilçisi "Siqma"ya uduzub - 1:3.

Xatırladaq ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib.  Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə  üstələyib - 1:0.
XƏBƏRLƏR
BLOGLAR