Xəbər lenti

Qarabağda erməni əsgər minaya düşdü
Ölkə 22:20 18.11.2019

Qarabağda erməni əsgər minaya düşdü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində mina partlaması nəticəsində bir erməni hərbçi yaralanıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Minaya düşən hərbçi Ermənistanın Tavuş bölgəsinin Çoratan icmasının sakinidir.
İcma rəhbəri Berd Harutyun Manuçaryan faktı təsdiqləyib. O bildirib ki, mina partlaması nəticəsində hərbçi A. Sadyan yaralanıb.

"O, əməliyyat edilib, həkimlər ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->