Xəbər lenti

Qarabağda ölən erməni əsgər Rusiyada hərbi xidmət keçib
Ölkə 20:02 12.12.2017

Qarabağda ölən erməni əsgər Rusiyada hərbi xidmət keçib

Qarabağda xidmət yoldaşı tərəfindən öldürülən erməni əsgər Narek Adibekyanın Rusiya Federasiyasında hərbi xidmət keçdiyi məlum olub.

Qaynarinfo Ordu.az-a istinadən xəbər verir ki, Adibekyan yaşadığı Pyatiqorskdan Ermənistana oxumaq üçün qayıdarkən onu hərbi xidmətə çağırıb, Qarabağa xidmətə yollayıblar. 

İrəvanın Şenqavit inzibati rayonundan olan Adibekyan İrəvan Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi olub. 

Xatırladaq ki, 11 dekabr 2017-ci il saat 19:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz hərbi hissələrədən birində erməni əsgər öz xidmət yoldaşını güllələyib. Açılan atəş nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->