Xəbər lenti

İdman 16:46 18.06.2019

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub. 

Püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna rəqib olub.
 
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi

Partizani (Albaniya) - Qarabağ (Azərbaycan)
Nomme Kalyu (Estoniya) - Şkendiya (Makedoniya)
Suduva (Litva) - Srvena Zvezda (Serbiya)
Ararat (Ermənistan) - AIK (İsveç)
Astana (Qazaxıstan) - ÇFR Kluj (Rumıniya)
Lüdoqorets (Bolqarıstan) - Ferensvaroş (Macarstan)
Slovan (Slovakiya) - Sutyeska (Monteneqro)
Seltik (Şotlandiya) - Sarayevo (Bosniya və Herseqovina)
Şerif (Moldova) - Saburtalo (Gürcüstan)
Düdelanj (Lüksemburq) - Valletta (Malta)
Linfild (Şimali İrlandiya) - Rusenborq (Norveç)
Valyur (İslandiya) - Maribor (Sloveniya)
Dundalk (İrlandiya) - Riqa (Latviya)
HİK (Finlandiya) - HB Torshavn (Farer adaları)
BATE (Belarus) - Pyast (Polşa)
TNS (Uels) - ilkin mərhələnin qalibi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->