"Qarabağ"ın matçı ukraynalı hakimlərə tapşırıldı

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ” – "Kayrat” (Qazaxıstan) oyununun hakimləri açıqlanıb.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşü Yevgeni Aranovski idarə edəcək. Ona yan xətt hakimləri Semyon Şlonçakla Andrey Skripka köməklik göstərəcək. Dördüncü hakim funakiyasını Vitali Romanov yerinə yetirəcək.
 
Görüş oktyabrın 21-da saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X