İdman 14:44 22.10.2021

"Qarabağ"ın müdafiəçisi ən yaxşılar sırasında

Konfrans Liqasında 3-cü turun ən yaxşı futbolçularının adı açıqlanıb.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın oyunçusu da yer alıb. "Kayrat"la (2:1) oyunda 9 dəfə sürüşmə fəndi yerinə yetirən Patrik Andrade siyahıda 2-ci sırada yer alıb. 

Siyahıya aktivində 10 dəqiq sürüşmə fəndi olan "Anartosis"in üzvü Arajuuri başçılıq edir.
 
Səbuhi Həsənov