Ağdamın “Qarabağ” komandası Peşəkar Futbol Liqasına müraciət edib.
"Qaynarinfo" xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının dördüncü turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 8-də keçirilməsi nəzərdə tutulan “Səbail”–“Qarabağ” qarşılaşmasının dekabrın 8-nə keçirilməsi qərarını qəbul edib.
Qaynarinfo.Az
Şərhlər