"İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdı. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidi".
Qaynarinfo xəbər verir ki, bu sözləri Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşmadan öncə mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə ilk oyun faciəvi idi: "Evdəki maçt müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdı. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq".
Şərhlər