"Bir xalanın sirri” filminin qala gecəsi keçirilib.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, ekran işində rol alan balaca Vüqar Bağırov ən çox müzakirə edilənlərdən olub. Vüqar filmdə İlkin Misgərlinin oğlu Bəhmən obrazını canlandırıb.
V.Bağırov daha çox qaradərili olması ilə müzakirə edilib. Çoxları onun əcnəbi vətəndaş olduğunu iddia edib.
Əslində isə Vüqarın anası Tovuzdan, atası isə Sabirabatdandır. O, millət vəkili Qənirə Paşayevanın xalası nəvəsidir. Vüqar filmin qala gecəsinə valideynləri ilə birlikdə qatılıb.
Vüqar "Qarabağ” futbol klubunun oyunçusudur.
Şərhlər