Sağlamlıq 12:50 10.09.2019

Qarayaraya yoluxan qəssablarla bağlı yeni xəbər

Səhiyyə Nazirliyi Sabirabadda qarayaraya yoluxan xəstələrin durumunu açıqlayıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həmin şəxslərin müalicəsi davam edir, vəziyyətləri normaldır.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğluİsgəndərov Rəvan Ülvi oğlu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aşdırmalara başlayıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.