Ölkə 11:21 25.05.2020

"Qarayevin səlahiyyətləri heç kimə verilməyib" (RƏSMİ)

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər.

Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.