Qardaşı qızı kitabında Trampı

Qardaşı qızı kitabında Trampı "ağ yuyub, qara sərdi": "Əmim yalançı narsistdir"

ABŞ Prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp "Daha çox və əsla Kifayət deyil: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?" adlı kitabında əmisi barədə ağlasığmaz iddialar işlədib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Meri Trampı "qururlu və yalançı narsist" adlandırıb. Nyu York Times nəşrinin kitabdan seçilərək yayımlanan hissələrinə görə, "hiləyə əl atmaq əmim üçün yaşam tərzidir" yazan Meri kitabda həmçinin bir dəfə Trampın öz yerinə imtahana girməyi üçün başqasına pul verdiyini iddia edib.

Əmisini cahil, patoloji vəziyyəti qarışıq, davranışları açıqlanmaz bir şəxs kimi dəyərləndirən Meri Trampın atası ilə olan münasibətlərindən də yazıb. Qeyd edib ki, o, sosiopat olan atasının təsiri altında böyüyüb.

Qeyd edək ki, atası Robert Tramp kitabın satışına qadağa qoyulması üçün məhkəməyə müraciət edib, lakin məhkəmə Merinin lehinə qərar çıxarıb.

Ağ Ev isə kitabda yazılanların gülünc və axmaq iddialardan ibarət olduğunu bildirib.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR