Ölkə 20:43 14.04.2021

Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi

Daha bir sənətçi koronavirusun qurbanı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə müğənni Abbas Bağırov İnstaqram hesabında paylaşım edib. A. Bağırov bildirib ki, qarmon ifaçısı  31 yaşlı Nəbi Məmmədov bir müddət əvvəl koronavirusa yoluxub və səhhəti pisləşib. Virusla mübarizə aparan qarmon ifaçısı bu gün  COVID-19-dan dünyasını dəyişib.