Xəbər lenti

Qatarla toqquşan marşurut xəttinin sahibi istintaqa çağırıldı
Ölkə 12:18 17.10.2018

Qatarla toqquşan marşurut xəttinin sahibi istintaqa çağırıldı

160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva Bakıda avtobusla qatarın toqquşmasına görə istintaqa çağırılıb.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, əldə etdiyi xəbərə görə, İ.Əliyevanın hadisə ilə bağlı ifadəsi alınıb, sonra sərbəst buraxılıb.

Hazırda iş üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Bakıda qatarla avtobusun toqquşması faktına görə dispetçer vəzifəsində çalışan Fərəcov Mübariz Kərim oğlu və avtobusun sürücüsü, Şıxəliyev Əlixan Əlibaba oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

M.Fərəcova qarşı Cinayət Məcəlləsinin 265-1.3 (Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan - iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Ə.Şıxəliyevə isə Cinayət Məcəlləsinin 263.3 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, oktyabrın 1-də saat 14:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatının Polis İdarəsində cinayət işi başlanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->