Qazaxda qaz sızması partlayışa səbəb olub.
Qaynarinfo xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
1950-ci il təvəllüdlü P.Vəliyev və onun nəvəsi, 2008-ci il təvəllüdlü E.Vəliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Şərhlər